Addainin qolu ən yaxşılar arasında
UEFA bu mövsüm Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərindən vurulan ən yaxşı qollardan ibarət video tərtib edib.
Sportlife.az xəbər verir ki, bu siyahıda “Qarabağ”ın futbolçusu da özünə yer tapıb.
Belə ki, Ağdam klubunun yarımmüdafiəçisi Emmanuel Addainin Çempionlar Liqasının II turunda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə matçda (2:0) vurduğu qol ÇL-in ən yaxşıları arasındadır.
Qeyd edək ki, həmin matçda ilk qolu isə Abdullah Zubir vurmuşdu.