Enrike ilə müqavilə uzadılacaq
PSJ baş məşqçisi Luis Enrike ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.
Sportlife.az xəbər verir ki, ispan mütəxəsissin hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Tərəflər 2030-cu ilin yayına qədər davam edəcək yeni müqaviləni müzakirə edirlər.
Paris klubu Enrikenin rəhbərliyi altında 2 dəfə Fransa liqasını və Kubokunu, 3 dəfə Fransa Superkubokunu, eləcə də Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.
PSJ 20 turdan sonra 48 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb