“Qarabağ"ın hücumçusu ABŞ klubuna keçəcək

  • Bu gün, 11:02

"Qarabağ"ın hücumçusu Nəriman Axundzadə karyerasını MLS-də davam etdirəcək.

Sportlife.az xəbər verir ki, ABŞ təmsilçisi ilə danışıqlara nöqtə qoyulub.

Ağdam klubu bu keçiddən müəyyən qazanc da əldə edəcək. "Xəzər Lənkəran"ın yetirməsi 2016-cı ildən Ağdam klubuna məxsusdur.

O, "atlılar"ın heyətində keçirdiyi 127 oyunda 35 qol, 17 məhsuldar ötürmə ilə yadda qalıb


Paylaş: