“Real” yeni lider axtarışında
"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək üçün ciddi addımlar atmağa hazırdır.
Sportlife.az xəbər verir ki, klub rəhbərliyi son mövsümlərdə komandanın güclü liderinin olmamasından narahatdır.
Rodri və "Mançester Siti"nin 2027-ci ilin yayında başa çatacaq hazırkı müqaviləsinin uzadılmasını yaxın aylarda müzakirə etməyi planlaşdırması ilə çətinləşir. Lakin ispan futbolçu doğma Madrid şəhərinə qayıtmağı düşünür.
Rodri bu mövsüm "şəhərlilər"in heyətində bütün yarışlarda 18 oyun keçirib, 1 qol vurub.