Flik “Barselona”dan ayrıla bilər
"Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandadan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, bunun Xuan Laportanın Kataloniya klubunun prezidenti vəzifəsindən ayrılması halında baş verəcəyi bildirilir. Seçkilər 15 martda keçiriləcək. Almaniyalı mütəxəssis yalnız Laporta yenidən klub prezidenti seçiləcəyi təqdirdə vəzifəsində qalmağa razıdır.
Flik 2024-cü ilin yayından bəri “Barselona”ya rəhbərlik edir. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq