DÇ-2026: Braziliya millisinin əsas heyəti açıqlandı

  • Bu gün, 17:17

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il dünya çempionatında heyətdə yer alacaq əsas 11 oyunçunun adlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, siyahıda bu oyunçular var: Alisson Bekker, Markinyos, Qabriel, Kazemiro, Bruno Gimarayeş, Vinisius Junior, Estevao, Rafinya, Rodriqo, Qabriel Martinelli və Mateus Kunya.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində Şimali Amerikada keçiriləcək. Oyunlara ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.


Paylaş: