Bəhlul “Qarabağ”dan ayrılacaq
"Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Çində davam etdirməyə hazırlaşır.
Sportlife.az xəbər verir ki, Futbolçuya “Şençjen Penq Siti” klubundan rəsmi təklif daxil olub. Çin tərəfi həmçinin “Qarabağ”a Mustafazadənin transferi üçün təzminat ödəməyə hazırdır. Hazırda Bəhlulun “Qarabağ”la müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.
Futbolçu özü də Asiyaya keçmək istəyir, buna görə klub da çıxışına qarşı deyil. Lakin transfer Çempionlar Lİqasının pley-off mərhələsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək oyunlardan asılı olacaq. Əgər “Qarabağ” mərhələni adlasa, Mustafazadə bir müddət komandada qalmalı olacaq.