Tunisdə 2 medal
Stolüstü tennisçi Onur Quluzadə Tunisdə keçirilən "WTT Youth Star Contender Tunis 2026" yarışında uğurla çıxış edib.
Sportlife.az xəbər verir ki, U-15 yaş dərəcəsində mübarizə aparan istedadlı idmançı qoşa yarışlarda baş mükafata layiq görülüb.
O, şəxsi mübarizədə isə gümüş medal qazanıb. Finalda ispaniyalı Ladimir Mayorova uduzan stolüstü tennisçi ikinci yeri tutub.