"Qarabağ" - "Çelsi": Nə qədər bilet satılıb?
Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa satılmış bilet sayı açıqlanıb.
Sportlife.az xəbər verir ki, indiyədək 27 250 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.