"Qarabağ" və "Zirə"dən reytinqə töhfə

  • 24 İyul 2025, 14:31

“Qarabağ” və “Zirə” UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırıb.

Sportlife.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya “Şelburn”unu (3:0) səfərdə məğlub edərək, ölkəmizin aktivinə 0,250 xal yazdırıb.

“Zirə” isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Xayduk” klubu ilə evdə heç-heçə (1:1) edərək, reytinqə 0,125 xal əlavə edib.

Azərbaycan hazırda 17,625 xalla reytinq siyahısında 29-cu pillədədir. Ölkəmizin cari mövsümdəki xal ehtiyatı 0,500-dür. Hazırda Bolqarıstan 16,625 əmsalla Azərbaycandan bir pillə aşağıda qərarlaşıbsa, Ukrayna (18,225) bir addım öndədir.

UEFA reytinqinə 94,839 əmsalla İngiltərə başçılıq edir.


Paylaş: