İlk rəqiblər bilindi

  • 24 İyul 2025, 12:49

Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib.

Sportlife.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.

Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) mübarizəyə 1/8, Elşən Əsədov (66 kq) isə 1/16 finaldan qoşulacaq.

Kişilər

60 kq, 1/8 final

Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə

Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə

66 kq, 1/16 final

Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)

Qeyd edək ki, yarış sabah, Bakı vaxtı ilə saat 8:00-da başlayacaq.


Paylaş: