Millimizin AÇ üçün növbəti məşqi

  • 16 Aprel 2024, 16:55

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb.

Sportlife.az xəbər verir ki, hazırlıq prosesi Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində gerçəkləşib.

Məşqdə yığmanın bütün üzvləri iştirak ediblər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də baş tutacaq.


Paylaş: