"Araz-Naxçıvan"da braziliyalı legioner
"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.
24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Qöfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.