Millimizin üzvü PSV üzərində qələbənin iştirakçısı oldu

  • Bu gün, 12:30

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” Niderland Erediviziyasında növbəti oyuna çıxıb.

Sportlife.az əbər verir ki, sözügedən komanda evində PSV ilə qarşılaşıb. Matç “Volendam”ın qələbəsiylə başa çatıb – 2:1.

Ozan Can Kökmü oyuna start heyətində başlayıb və 84-cü dəqiqədə əvəzlənib.

“Volendam” 23 turdan sonra 24 xalla 14-cü sıradadır.


Paylaş: