Avropa çempionatı üçün heyət

  • Bu gün, 16:56

Azərbaycan Su İdman Növləri Federasiyasının idmançıları Avropa çempionatına yola düşüblər.

Sportlife.az xəbər verir ki, təmsilçilərimiz aprelin 11-dən 18-dək İspaniyada keçiriləcək yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Laser Sinfi Assosiasiyası) Avropa çempionatında iştirak edəcəklər.

Mursiya şəhərində təşkil olunacaq qitə birinciliyində Nərgiz Məmmədova və Nəzrin Məmmədova mübarizə aparacaq.

Məşqçi Mithat Can Yıldırım, komanda rəhbəri isə Burcu Algon Giorgianni olacaq.


Paylaş: