Lekler Monako səfiri seçildi

  • Bu gün, 17:31

"Ferrari" pilotu Şarl Lekler Şahzadə II Albert tərəfindən xüsusi mərasimdə Monakonun xoşməramlı səfiri seçilib.

Sportlife.az xəbər verir ki, bu titul Albertin anası Şahzadə Qreys tərəfindən 1973-cü ildə təsis edilmiş Monako Səfirlər Klubu tərəfindən verilir. Mükafat Monakonun beynəlxalq nüfuzuna töhfə verənlərə təqdim olunur. Gəncliyindən bəri Leklerin karyerasını dəstəkləyən Şahzadə pilota toy hədiyyəsi də təqdim edib.

Şarl "Formula 1" tarixində Monakonu təmsil edən beş pilotdan biridir. 2018-ci ildə debüt edən pilot knyazlıq üçün 8 Qran-Pri yarışında qalib gəlib.


Paylaş: