Baş məşqçinin evi qarət olundu

  • Bu gün, 17:11

"Marsel"in baş məşqçisi Həbib Beyenin evi qarət edilib.

Sportlife.az xəbər verir ki, hadisə ötən gecə baş verib. Oğrular 48 yaşlı məşqçinin yaşadığı Fuvo şəhərindəki villanın hasarından aşıblar, sonra pəncərəni sındıraraq evə daxil olublar.

İlkin məlumatlara görə, oğrular içərisində Luis Vitton geyimləri və aksesuarları olan çamadanı oğurlayıblar. Hadisə baş verən zaman onun evdə olmadığı bildirilir.

Beye 2026-cı ilin fevralında "Marsel"in baş məşqçisi olub. O, əvvəllər "Renn"i çalışdırıb.


Paylaş: