Azərbaycan bilyardçısı Avropa çempionu oldu

  • 17 Aprel 2024, 12:31

Azərbaycan bilyardçısı Tofiq Quliyev Moldovanın Kişinyov şəhərində keçirilmiş piramida üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Sportlife.az xəbər verir ki, idmançı 7 ölkədən 70 idmançı arasında birinci yeri tutub.

Azərbaycanın digər təmsilçisi Niyazi Xələfov isə bürünc mükafatın sahibi olub. Gümüş medala isə Ukrayna bilyardçısı Dmitro Pokotilski layiq görülüb.

Bununla da Azərbaycan yığması turniri iki medalla başa vurub.


Paylaş: