Ferstappen heyran etdi...

  • 25 Aprel 2024, 12:29

"Red Bull"un müşaviri Helmut Marko komandanın sürücüsü Maks Ferstappenin cari mövsümdəki gedişatını qiymətləndirib.

Sportlife.az xəbər verir ki, o, idmançının getdikcə daha da yaxşılaşdığını bildirib.

“Biz addım-addım irəliləməyə davam edirik, hətta Şanxayda olduğu kimi sprint mərhələsində, sərbəst məşq zamanı və sonra birbaşa sprint seçmə mərhələsində əla nəticə göstəririk. Maks və mühəndis Canpiero Lambiase arasında harmoniya var" - deyə Marko "Speedweek" üçün köşə yazısında qeyd edib.

O, bildirib ki, pilot daha səbirli olub, diqqətini cəmləyib. Bu mövsüm niderlandlı sürücü 5 mərhələdən 4-də qalib gəlib.


Paylaş: