Fettel Formula 1 tarixinin ən yaxşı iki pilotunun adını çəkib

  • 26 Aprel 2024, 14:56

Dördqat dünya çempionu Sebastyan Fettel Formula 1 tarixində kimləri ən yaxşı pilot hesab etdiyi barədə danışıb.

Sportlife.az xəbər verir ki, sürücü "Marca"ya müsahibəsində “Mən deyərdim ki, ən yaxşılar Maykl Şumaher və Lüis Hemiltondur. Niyə? Çünki rəqəmlər öz sözünü deyir. Maykl mənim kumirim idi və Lüisin ən yaxşı statistikası var” deyib.

 

Fettel 2022-ci ildə Formula 1-i tərk edib. Ümumilikdə, 36 yaşlı almaniyalı sürücü "Royal Races"də 53 qələbə və 57 poul mövqeyinə sahibdir. O, BMW, "Toro Rosso", "Red Bull", "Ferrari" və "Aston Martin" kimi komandalarda çıxış edib.


Paylaş: