Məşhur idmançının son arzusu

  • 3 Mart 2024, 18:32

Britaniyalı tennisçi Endi Mörrey təqaüdə çıxmazdan əvvəl Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.

Sportlife.az xəbər verir ki, məşhur idmançı bu barədə İngiltərə mətbuatına danışıb.

“Ümid edirəm ki, başqa Olimpiadada oynamaq şansım olacaq. Yeri gələndə yəqin ki, son turnirimi və matçımı etməzdən əvvəl nəsə deyəcəyəm. Bunu bir neçə ay əvvəl edəcəmmi, bilmirəm. Karyeranızı bitirməyin düzgün yolu yoxdur. Bu, hər kəs üçün fərqlidir: Federer üçün doğru olan Nadal və ya Cokoviç üçün uyğun olmaya bilər”, – Mörray deyib.


Paylaş: