Millimiz Avropa çempionatında mübarizəyə başlayır

  • 24 İyul 2024, 13:18

Azərbaycanın 18 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Albaniyada təşkil olunan Avropa çempionatının C Divizionunda mübarizəyə başlayır.

Sportlife.az xəbər verir ki, Anar Sarıyevin rəhbərlik etdiyi kollektiv bu gün Moldova millisi ilə qarşılaşacaq.

Yığmamız Bakı vaxtı ilə 18:00-da startı veriləcək görüşdə qalib gəlsə, yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, millimiz B qrupunda Moldova və Ermənistanla mübarizə aparır. Komanda sabah Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.


Paylaş: