Motokros dəhşəti: 2 sürücü xəstəxanalıq oldu - VİDEO

  • 17 Aprel 2024, 20:30

Rostov vilayətinin Novoşaxtinsk şəhərində motokrosser məşqi zamanı iki idmançı toqquşub.

Sportlife.az xəbər verir ki, motokrosçular torpaq təpə üzərində tullanmalar həyata keçiriblər. Bu zaman onlardan biri hündürlüyü və trayektoriyanı səhv hesablayıb, nəticədə motosikletin təkəri ilə ikinci sürücünün başını vurub.

Qeyd olunur ki, xəsarət alan motokrosçu reanimasiya şöbəsinə yerləşdirilib - hadisədən sonra o, komaya düşüb. Qəzanın ikinci iştirakçısı da yaralanıb və xəstəxanadadır.


Paylaş: