Ölkəmizi beynəlxalq turnirində təmsil edəcək tamblinqçilər müəyyənləşdi

  • 10 İyul 2024, 15:42

Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək tamblinqçilər müəyyənləşib.

Sportlife.az Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda məşqçi Adil Hüseyn-zadənin rəhbərliyi altında Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov iştirak edəcək.

Hakim kimi isə Rahib Əliyev fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.


Paylaş: