Sayns "Mersedes" ilə 1+1 müqaviləsini müzakirə edir

  • 16 Aprel 2024, 15:47

"Ferrari" komandasının sürücüsü Karlos Sayns "Mersedes" ilə qısamüddətli müqavilə imzalaya bilər.

Sportlife.az "RacingNews365"ə istinadla xəbər verir ki, 29 yaşlı ispaniyalı pilot hələ ki, Almaniya komandası ilə müqavilə imzalamaq üçün razılaşmayıb.

Bununla belə, tərəflər faktiki olaraq “1+1” sxemi üzrə danışıqlar aparır və sövdələşməni müzakirə edirlər.


Paylaş: