Yoldaşlıq görüşü: Azərbaycan - Gürcüstan

  • 3 Mart 2024, 16:27

Martın 2-də Tbilisidə Azərbaycanın və Gürcüstanın qadın şahmatçılardan ibarət milli komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Sportlife.az xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, qadınlar arasında 8 dəfə dünya çempionu olmuş şahmat dünyasının əfsanəsi gürcüstanlı Nona Qaprindaşvili idmançıları salamlayıb, onlara uğurlar arzulayıblar.

Yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət Azərbaycan komandası 4-cü turda heç-heçə oynayıb.

Bu turda üç partiya bərabərliklə başa çatıb. Yığmada Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5-2,5 hesabı ilə başa çatıb.

Növbəti 5-ci turda yığma komandanın üç şahmatçısı ağ fiqurlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, dostluq görüşü rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqində hesablanır.


Paylaş: