Xose Aldo UFC-yə qayıdır: Növbəti döyüşdə rəqibi bəllidir

  • 26 Aprel 2024, 12:13

Keçmiş UFC çempionu Xose Aldo (31-8) sağaldığını və yeni qüvvə ilə döyüşə qayıtmağa hazır olduğunu qeyd edib.

Sportlife.az xəbər verir ki, Aldo "MMA Junkie"yə açıqlamasında bunun səbəbini izah edib.

“Fikrim və bədənim üçün fasilə lazım olduğunu düşünürəm: özümdən çox şey tələb etdiyim üçün və son 20 ildə məşq mənim çox enerjimi götürdüyü üçün. Diqqətimi cəmləyəcəyim idman növü seçdim. Bu boks idi və mən bütün bu təzyiqdən qurtulmaq üçün bir müddət bunu etdim. Mən çempion olmaq istəyirdim və keçirdiyim hər döyüş çox çətin idi və məndən çox zəhmət tələb edirdi. İndi mən bunu bacardığımı və geri qayıda biləcəyimi hiss edirəm"- deyə Aldo bildirib. 

Aldo iki ildən sonra ilk döyüşünü ağır çəki dərəcəsində 14-cü sırada olan 29 yaşlı Conatan Martinez (19-4) ilə keçirəcək. Döyüş mayın 4-də Braziliyanın Rio-de-Janeyro şəhərindəki Rio Olimpiya Arenasında "UFC 301"də keçiriləcək.


Paylaş: