Aleksandr Semedov - Her kesden uzr istiyirem,Semedov buna gore azarkeslerden ve komanda yoldaslarindan

Aleksandr Səmədov - Hər kəsdən üzr istəyirəm

  • 20 Avqust 2017, 14:30

"Spartak"ın Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov komandasının məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürüb.

Sportllife.az xəbər verir ki, Səmədov buna görə azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib. "Lokomotiv"lə oyunda (3:4) iki sarı vərəqə alaraq meydandan qovulan futbolçu bunları deyib:

"Azarkeşlərdən, komanda yoldaşlarımdan, məşqçilərdən üzr istəyirəm. Komandam bu gün mənə görə uduzdu. Bir daha hər kəsdən üzr istəyirəm".

Qeyd edək ki, 33 yaşlı yarımmüdafiəçi meydandan qovulana qədər komandası hesabda öndə olub.

 


Paylaş: