AVRO-2024-də VAR müdaxiləsi məhdudlaşdırılacaq

  • 12 Aprel 2024, 17:53

Düsseldorfda komandaları Avro-2024-də iştirak edəcək 24 assosiasiyanın nümayəndələri və bu komandaların məşqçiləri üçün UEFA-nın seminarı keçirilib.

Sportlife.az xəbər verir ki, xüsusilə, UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti və onun müavini Byorn Kuypers onlarla görüşüb.

Hakimlərin hərəkətlərinə video assistentlərin (VAR və ABAR) müdaxiləsinin mümkün qədər məhdudlaşdırılacağı bir daha vurğulanıb. Bu, UEFA-nın ənənəvi xəttidir və FİFA-nın mövqeyindən fərqlənir. VAR-lara yenə də aydın və aşkar bir səhvin sübutu olduqda müdaxilə etmək təlimatı veriləcək: “minimum müdaxilə, lakin maksimum fayda ilə”.

Videohakimlər Leypsiqdə, hakimlər və onların köməkçiləri isə Frankfurt-Maynda yerləşəcəklər. Hakimlərin siyahıları aprelin sonu - mayın əvvəlində açıqlanacaq. Mayın ortalarında onlar turnir öncəsi son təlim-məşq toplanışına toplanacaqlar.


Paylaş: