"Bavariya" Devisin zədəsi ilə bağlı açıqlama yaydı

  • 23 Aprel 2023, 18:17

"Bavariya"nın futbolçusu Alfonso Devis "Maynts"la Bundesliqa matçında zədələnib.

Sportlife.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən sonra kanadalı müdafiəçinin sol budun arxa nahiyəsində zədə aşkarlanıb.

Oyunçunun sağalma vaxtı açıqlanmayıb.
2022/2023 mövsümündə Alfonso "Bavariya"nın heyətində 38 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Bavariya" hazırda Bundesliqa turnirində ikinci yerdədir. Münhen "Borussiya Dortmund"dan 1 xal geri qalır.


Paylaş: