
"Bavariya" futbolçusunu geri çağırdı
"Maynts"da icarə əsasında çıxış edən "Bavariya"nın yarımmüdafiəçisi Qabriel Vidoviç Münhen klubuna qayıdıb.
Sportlife.az xəbər verir ki, "Bavariya" 21 yaşlı xorvatiyalını geri çağırıb.
"Maynts" onu ötən ilin avqustunda icarəyə götürmüşdü. Yarımmüdafiəçi bu komandada Bundesliqada bir oyun keçirib, 3 dəqiqə meydanda olub.