"Bavariya" qışda onu transfer etmək istəyir

  • 21 Noyabr 2023, 14:44

"Bavariya" "Mançester Yunayted"in və Fransa millisinin müdafiəçisi Rafael Varanı transfer etmək imkanlarını araşdırır.

Sportlife.az xarici KİV-ə istinadla xəbər verir ki, “Mançester Yunayted” Almaniya nəhənginə Rafaelin transferinin qışda mümkün olduğunu bildirib.

Xatırladaq ki, Varan 2021-ci ilin yayında "Real"dan transfer olunaraq "qırmızı şeytanlar"a keçib. Transfermarkt portalı 30 yaşlı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.


Paylaş: