
"Bayer"i ingilis klubuna dəyişdi
"Bornmut" "Bayer"in yarımmüdafiəçisi Amin Adlini transfer edib.
Sportlife.az xəbər verir ki, mərakeşli futbolçu ilə 2030-cu ilin yayınadək müqavilə imzalanıb.
Bu keçid ingilis klubuna təxminən 28,7 milyon avroya başa gəlib.
Adli ötən mövsüm "Bayer"in heyətində 28 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.