
Donnarumma klub tapa bilmir
PSJ-dən ayrıldığını açıqlayan Canluici Donnarumma hələ də Paris komandasının məşqində iştirak edir.
Sportlife.az xəbər verir ki, italiyalı qapıçı transfer pəncərəsinin bağlanmasına 11 gün qalmasına baxmayaraq, özünə klub tapa bilməyib.
İtaliyalı qolkiper bu gün komandanın digər üzvləri ilə məşq edib. Amma onun adının Liqa 1-in II turunun "Anje" ilə oyunun iştirak ərizəsinə salınmayacağı gözlənilir.
Yeni transfer edilən Lyuka Şevalye baş məşqçi Luis Enrikenin qərarı ilə PSJ-nin əsas qapıçısına çevrilib.