"Dinamo" və "Başakşəhər" Azərbaycana gəlir

  • Bu gün, 16:34

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

Sportlife.az xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi”, Türkiyəni “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanı “Dinamo" (Tbilisi), Özbəkistanı “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanı SDYUŞOR, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” təmsil edəcək.


Paylaş: