
MS 19 yaşlı futbolçunu icarəyə verdi
"Bayer" "Mançester Siti"nin yarımmüdafiəçisi Klaudio Etçeverrini icarəyə götürüb.
Sportlife.az xəbər verir ki, 19 yaşlı argentinalı ilə müqavilədə satın alma bəndi yoxdur.
Sözləşmə 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub.
Etçeverri 2024-cü ilin dekabrında “River Pleyt”dən “Mançester Siti”yə keçib. "Şəhərlilər"in heyətində 3 oyun keçirib və 1 qol vurub.