
Güləşçimiz finalda erməni ilə qarşılaşacaq
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Sportlife.az xəbər verir ki, mundialda bu gün yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2, qadınlardan ibarət yığmanın isə 1 üzvü xalçaya çıxıb.
Onlardan 60 kq-da çıxış edən Ayxan Cavadov finala yüksəlib. O, sabah həlledici qarşılaşmada ermənistanlı Yurik Mxitaryanla üz-üzə gələcək.
Elmin Əliyev (8️2️ kq) və Zəhra Kərimzadə (72 kq) isə 1/8 finalda uduzublar.