
"Qarabağ" bu dəfə uduzdu
"Qarabağ"ın U-15 komandası Qazaxıstanın Aktau şəhərində türkdilli ölkələrin komandaları arasında "Turan Cup 2025" turnirində 2-ci oyununu keçirib.
Sportlife.az xəbər verir ki, Azərbaycan təmsilçisi Özbəkistanın "Paxtakor" klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubu turnirdəki ilk görüşündə Qazaxıstanın "Kaspi" kollektivini eyni hesabla məğlub etmişdi.
Qeyd edək ki, avqustun 25-nə qədər davam edəcək turnirdə "Qarabağ", "Kaspi" və "Paxtakor"la yanaşı, "Fənərbağça", "Rizəspor" (hər ikisi Türkiyə), "Bunyodkor" (Özbəkistan), Bişkek Milli Akademiyası (Qırğızıstan) və "Kayrat" (hər ikisi Qazaxıstan) klubları da mübarizə aparır.