
Havertsə 60 milyonluq əvəzləyici
"Arsenal" "Kristal Pelas"ın hücumçusu Ebereçi Ezeni transfer etməyə yaxındır.
Sportlife.az xəbər verir ki, "topçular" oyunçu üçün "Kristal Pelas"a 60 milyon funt-sterlinq təklif edib.
Tərəflər arasında demək olar ki, bütün məsələlər razılaşdırılıb.
Qeyd edək ki, Eze ilə "Tottenhem" də yaxından maraqlanırdı. "Arsenal" Ezeni bu yaxınlarda zədələnən Kay Havertsin əvəzinə alır.