
Messi "Tiqres"lə matçda niyə oynamayıb?
"İnter Mayami"nin kapitanı Lionel Messi səhhətinə görə Liqa Kubokunun 1/4 final mərhələsində "Tiqres"lə matçda iştirak etməyib.
Sportlife.az xəbər verir ki, bu barədə "İnter Mayami"nin baş məşqçisi Xavyer Maskeranonun köməkçisi Xavyer Morales məlumat verib.
Komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan matçda argentinalı heyətə düşməyib. 38 yaşlı Messi Luis Suaresin Meksika klubu ilə qarşılaşmada dubl etməsini tribunadan izləyib.
Messi avqustun əvvəlində aldığı əzələ zədəsindən sonra keçən həftə meydanlara qayıtmışdı.