Norveç millisindən Qəzzaya yardım

  • Bu gün, 16:54

DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Norveç - İsrail oyunundan əldə olunacaq gəlir Qəzza zolağının əhalisinə kömək üçün istifadə olunacaq.

Sportlife.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının prezidenti Lise Klaveness deyib:

“Nə biz, nə də hər hansı digər təşkilat Qəzza zolağında mülki əhalinin uzun müddətdir məruz qaldığı humanitar iztirablara və qeyri-mütənasib hücumlara biganə qala bilməz”.

Pul Qəzza zolağında fəaliyyət göstərən humanitar təşkilatlardan birinin hesabına köçürüləcək.

Norveç - İsrail matçı oktyabrın 11-nə planlaşdırılıb.


Paylaş: