
AFFA "Qəbələ"ni cərimələdi
AFFA İntizam Komitəsi "Qəbələ" klubunu cəzalandırıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan Premyer Liqasının I turunda səfərdə "Karvan-Yevlax"la keçirilən matçda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə bitib.