
"Ferensvaroş"un oyunu təxirə salındı
"Ferensvaroş" ölkə çempionatının V turunda "Kişvarda"ya qarşı nəzərdə tutulan oyunun təxirə salınması üçün Macarıstan Futbol Federasiyasına müraciət edib.
Sportlife.az xəbər verir ki, Budapeşt təmsilçisi "Qarabağ"a qarşı Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşmaq üçün belə bir addım atıb.
Müraciət müsbət cavablandırılıb və avqustun 24-də keçirilməli olan səfər oyunu təxirə salınıb.
Qeyd edək ki, "Qarabağ" və "Ferensvaroş" avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündə üz-üzə gələcək. Oyun saat 20:45-də başlanacaq. Budapeştdəki ilk matçda Azərbaycan çempionu qələbə qazanıb - 3:1.