Biz adi standartlarımızdan uzaq idik

  • 25 Aprel 2024, 17:23

"Nyukasl"ın baş məşqçisi Eddi Hau komandasının Premyer Liqanın 29-cu turunda "Kristal Pelas"la oyunda (0:2) çıxışını dəyərləndirib.

Sportlife.az xəbər verir ki, o, "BBC Sport"a açıqlamasında “Çox inandırıcı oynadıq, məyus oldum. Biz ritmə girməmişdik. İlk 60 dəqiqə xüsusilə kədərli idi. Biz adi standartlarımızdan uzaq idik” deyib.

Bu görüşdən sonra "Nyukasl" 50 xalla turnir cədvəlində yeddinci pilləyə düşüb.


Paylaş: