
Çiçarito dilinin bəlasına düşdü
Meksika Futbol Federasiyası Xavier Ernandesi qadınlar haqqında söylədiyi fikirlərə görə cərimələyib.
Sportlife.az xəbər verir ki, "Mançester Yunayted" və "Real"ın keçmiş forvardı sosial şəbəkədə qadınları kişiliyə hörmət etməyi öyrənməyə və kişilərin özlərini idarə etməsinə icazə verməyə çağıran video yayımlayıb.
“Siz çörək verən kişi istəyirsiniz, amma sizin üçün təmizlik patriarxal zülmdür?” – deyə Çiçarito soruşub və çoxları bunu cinsiyyətçi davranış adlandırıb.
"Çiçarito" ləqəbli futbolçunun bu açıqlamaları Meksika prezidenti Klaudiya Şeynbaum tərəfindən də tənqid edilib.