Daha bir ulduz MLS-ə keçir

  • 24 İyul 2025, 12:03

"Tottenhem"in hücumçusu Son Xin Min karyerasını MLS-də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Los-Anceles" klubu cənubi koreyalı futbolçu ilə 2025-ci ilin sonuna qədər müqavilə imzalamağa çalışır.

Qeyd edək ki, forvard 2015-ci ildən "Tottenhem"də çıxış edir və transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.


Paylaş: