"Dumanlı Albion"da tarixi mövsüm

  • 25 Aprel 2024, 12:21

Futbol üzrə İngiltərə Premyer Liqasının cari mövsümü tarixə düşüb.

Sportlife.az xəbər verir ki, çempionatın başa çatmasına 4 tur qalmış ümumilikdə 1085 qol vurulub.

Bu isə İngiltərə çempiontları tarixində ən yüksək məhsuldarlıqdır.

Əvvəlki rekord 2022/2023 mövsümünə təsadüf edib. Həmin vaxt Premyer Liqa oyunlarında ümumilikdə 1084 qol vurulub.


Paylaş: