En-Nesiri Jardeli keçdi

  • 25 İyul 2024, 16:24

"Fənərbağça" Yussef En-Nesiri üçün "Sevilya"ya ödədiyi məbləği açıqlayıb.

Sportlife.az klubun rəsmi sosial media hesabına istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər" mərakeşli forvard üçün 19.5 milyon avro ödəyib. Onunla 5 illik müqavilə imzalanıb.

En-Nesiri Türkiyə futbol tarixinin ən bahalı transferi olub. Daha öncə bu rekord Mario Jardeldə idi. "Qalatasaray" 2000-ci ildə braziliyalı forvardı "Portu"dan 17 milyon avroya transfer etmişdi.


Paylaş: