"Everton"dan 2 xallıq şikayət

  • 15 Aprel 2024, 18:28

"Everton" Premyer Liqanın iki xalının silinməsi qərarından apellyasiya şikayəti verib.

Sportlife.az BBC-yə istinadla xəbər verir ki, bu işdə nəticə mayın 24-dək məlum olacaq.

Aprelin 8-də Liverpul klubu liqanın gəlirlilik və davamlı inkişaf qaydalarını pozduğuna görə cəzalandırılıb. Cərimə 2022/23 mövsümündə başa çatan üç illik müddətə aiddir.

Bu mövsümün əvvəlində liqa maliyyə qaydalarını pozduğuna görə "Everton"u 10 xalla cərimələyib. Apellyasiya şikayətindən sonra cəza 6 xal endirilib.

Hazırda komanda İngiltərə çempionatının cədvəlində 16-cı yerə düşüb - 29 xal.


Paylaş: