Foden De Brüyneni Premyer Liqanın ən yaxşı oyunçusu adlandırdı

  • 26 Aprel 2024, 13:26

"Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden kimi Premyer Liqanın ən yaxşı futbolçusu hesab edir sualını cavablandırıb.

Sportlife.az xəbər verir ki, Foden "Sky Sports"a açıqlamasında “Düşünürəm ki, Kevin oynadığı zaman Premyer Liqanın ən yaxşı oyunçusudur. Onunla birlikdə oynamaq çox xoşdur və ümid edirəm ki, bu, daha tez-tez baş verəcək” deyib.

Kevin De Brüyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir. O, komanda ilə birlikdə beşqat İngiltərə çempionu, iki dəfə İngiltərə kubokunun və Superkubokunun qalibi, həmçinin Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.


Paylaş: